Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 23:54
Bir müddətdir Türkiyədə yaşayan yutuber Tiba al-Ali ölkəsinin futbol komandasına dəstək olmaq üçün İraqa gedib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, uzun müddətdir görmədiyi ailəsi ilə bir araya gələn gənc qız atası tərəfindən öldürülüb.
Ata qətli etiraf edərkən bölgədə etirazlar başlayıb.
2017-ci ildən Türkiyədə yaşayan Youtuber Tiba al-Ali yanvar ayında keçirilən Körfəz Millətləri Kubokunda ölkəsinin komandasına dəstək olmaq üçün İraqa getməyə qərar verib. Araları yaxşı olmadığı ailə üzvləri ilə görüşən gənc qız yanvarın 31-də atası tərəfindən öldürülüb.
Bu hadisədən sonra bölgədə etiraz aksiyaları başlayıb və qeyri-hökumət təşkilatları qadın qətllərinin qarşısını almaq üçün cinayətkarın cəzalandırılmasını istəyib. Yerli media Tibanın ailəsi ilə fikir ayrılığı səbəbindən bunun "məişət qətli" olduğunu iddia edib.