Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2023 09:42
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də baş verən 7,4 bal gücündə zəlzələ zamanı Qaziantep, Adıyaman, Hatay, Diyarbəkir, Mersin və bir çox şəhərlərdə güclü təkanlar hiss olunub.
Sonxeber.net xəbər verir ki, böyük dağıntılara səbəb olan zəlzələdən sonra dərhal axtarış-xilasetmə təlimlərinə başlanılıb. Qaziantepdə dağılmış binada vətəndaşların qruplara kömək etdiyi axtarış-xilasetmə əməliyyatı zamanı binada ikinci çökmə baş verib. Həmin anlar saniyəbəsaniyə kameralarda qeyd olunub.