Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstanın xüsusi xilasetmə qrupu Türkiyəyə yola düşdü

Qazaxıstanın xüsusi xilasetmə qrupu Türkiyəyə yola düşdü

Tarix: 7 Fevral 2023 08:14

Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələdən sonra Qaxıstandan gələn axtarış-xilasetmə qrupu, eləcə də səhiyyə işçiləri sakinlərə yardım etmək üçün Türkiyəyə yola düşüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Respublikası fövqəladə hallar nazirinin müavini İbrahim Kulşimbayev bildirib.

"Bu gün səhər saatlarında Türkiyənin Şərqi Aralıq dənizi bölgələrində silsilə zəlzələlər baş verib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin operativ xüsusi xilasetmə qrupları hazırlanıb. 41 nəfərlik komandada fəlakətdən xilasetmə qrupu ilə yanaşı, səhiyyə işçiləri də var", - Külşimbayev deyib.

Nazir müavini qeyd edib ki, axtarış-xilasetmə qrupu xüsusi texnika formasında avadanlıqla yanaşı, xilasetmə maşınları, tibbi avadanlıqlar, pnevmatik modul çadırlar, hidravlik xilasetmə maşınları ilə gəlir. Heyəti həmçinin xüsusi xidməti itlər də müşayiət edəcək.

Almatıdan ayrılan komanda bu axşam Qaziantep hava limanına çatacaq və ən qısa zamanda fəlakət bölgəsinə gedəcəklər.

Milli.Az


Etiketlər:  Qazaxıstanın xüsusi xilasetmə qrupu Türkiyəyə yola düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ