Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2023 08:34
"Kristian Atsu və idman direktorumuz Taner Savut təəssüf ki, hələ də dağıntılar altındadır. Axtarış davam edir. Onlara qovuşa bilsək, sanki dünya bizim olacaq".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "Hatayspor" klubunun meneceri Mustafa Özat deyib.
O bildirib ki, hazırda Hatay köməyə daha çox ehtiyacı olan bölgədir:
"Biz kömək gözləyirik. Zəlzələ bölgələrində hər kəsin köməyə ehtiyacı var, amma Hatayda köməyə böyük ehtiyac var. Dualara ehtiyacımız var", - deyə klubun sözçüsü deyib.
Xatırladaq ki, dağıntılar altında qalan klubun futbolçusu Burak Öksüz və məşqçi Gökhan Kağıtcıoğlu xilas edilib.