Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada DİN və Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edildi

Ukraynada DİN və Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edildi

Tarix: 7 Fevral 2023 14:12

Ukraynada yeni daxili işlər naziri və Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) yeni rəhbər təyin edilib.

Digər qərarla isə İqor Klimenko daxili işlər naziri təyin olunub.

Qeyd edək ki, Vasili Malyuk 2022-ci ilin iyulundan etibarən indiyə qədər UTX rəhbərinin vəzifəsini icra edib və avqust ayından Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.

İqor Klimenko isə 2019-cu ildən Ukrayna milli polisinin rəhbəri və daxili işlər nazirinin müavini olub.


Etiketlər:  Ukraynada DİN Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ