Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2019 04:28
Bakı, Trend:
Bir sıra ölkələrdən olan "İnstagram" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.
Trend-in məlumatına görə, bu barədə "Downdetector" saytında bildirilib.
Məlumata əsasən, problemlər barədə daha çox Rusiya, ABŞ, Danimarka, İsveç qeydə alınıb.
İstifadəçilərin əksəriyyəti (75%) xəbər lentası ilə bağlı problemlərdən şikayət edir, istifadəçilərin 17%-i "İnstagram"-a girişdə problem yaşayır, 7% -i isə saytdakı nasazlıqlardan şikayət edirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin