Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2023 15:22
"Bu son xəbərlər bizi sarsıtdı və hamımızın ürəyində tikan oldu".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri məşhur akyor Kamran Ağabalayev sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə deyib.
Sənətçi tanıdıqları insanlara səslənərək, Hatayda zərərçəkənlər üçün yardım istəyib.
"İstanbulda, Ankarada olan dostlarımız Hataya yola düşəcəklər. Sizə müraciət etməkdə məqsədim gündəlik istifadə olunan əşyaları almaqda onlara kömək etməyinizdir. Tələb olunanlar isə isti yorğan, döşək və isti geyimlərdir. Kim yardım etmək istəsə, mənə müraciət etsinlər. Əlimizdən gələni etməliyik".
Ağabalayev növbəti videomüraciətdə "Əlimizdən gələni etdik. Yardım məqsədi ilə insanlara batareyka, papaq, yorğan, isti geyimlər verdik. Bu gün də ərzaq yığıb, onlara göndərəcəyik. Bunlar isə yenə də sizin dəstəyiniz və köməyiniz sayəsində olacaq.
Unutmayaq ki, bir qardaş Türkiyə var. Necə ki, zamanında qardaşlarımız yanımızda olub. Biz də mütləq şəkildə qardaşlarımızın yanında olmalıyıq. Cəmi bir Türkiyə var. Etdiyiniz hər bir yaxşılığa görə inanıram ki, Allah sizə min əvəzini verəcək" sözlərini dilə gətirib.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə zəlzələdə 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə xəsarət alıb.