Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli məşhurlar dünyaya səsləndi: "Bizə kömək edin" - FOTO

Türkiyəli məşhurlar dünyaya səsləndi:

Tarix: 7 Fevral 2023 19:20

Türkiyəli məşhurlar dünya ölkələrindən kömək istəyiblər. Onlar sosial şəbəkə hesablarında bununla bağlı müxtəlif paylaşımlar ediblər. O cümlədən şəxsi səhifələrində dağıntılar altında qalanların məlumatlarını paylaşaraq kömək etməyə çalışıblar. Bəzi türkiyəli məşhurlar isə təbii fəlakətdən əziyyət çəkənlərə müəyyən məbləğdə pul yardımı ediblər.

Milli.Az xəbər verir ki, baku.ws həmin türkiyəli tanınmışların siyahısını təqdim edir:

Müğənni Hadise sosial şəbəkə paylaşımı ilə dünyaya səslənib və kömək istəyib:

"Türkiyənin köməyə ehtiyacı var. Zəlzələ baş verən bütün şəhərlərimiz, ən çox da Hatay və Kahramanmaraş hələ də yardım gözləyir. Xahiş edirik, dünya bizə kömək etsin. Xahiş edirik, dağıntılar altında qalanları xilas etmək üçün xilasedicilər göndərin. Vətəndaşlarımıza yardım edin!"

Aktrisa Filiz Akın isə dağıntılar altında qalanların görüntülərini paylaşaraq onların tapılmasına köməklik edib.

Müğənni Gülben Ergen insanları sosial şəbəkələrdə aktiv olmağa, dağıntılar altında qalanların ünvanlarını düzgün qeyd edərək onların tapılmağına yardım edilməsini bildirib:

"Ölkəmizin yaşadığı bu qorxunc fəlakət səbəbilə sosial media mesajlarınızı doğru ünvanlara göndərin. Bu soyuq havada bu dərin kədərimizə görə hər birimiz səfərbər olaq. Səsimizi eşidən bütün qardaş ölkələrə təşəkkür edirik"

Müğənni Musatafa Ceceli təbii fəlakətdən əziyyət çəkənlərə 200 000 lirə (təxminən 18 060 AZN) maliyyə yardımı edib.

Müğənni Murat Boz da digər həmkarları kimi dağıntılar altında qalan türk vətəndaşlarının yaşadığı ünvanları qeyd edib və onlara yardım edilməsini istəyib.

Müğənni İbrahim Tatlıses də paylaşımı ilə xalqına dəstək olub. O, zəlzələdən əziyət çəkən sakinlərə yorğan və ərzaq yardımı edilməsini istəyib:

"O gün bu gündür! Bu ağır hava şəraitində zəlzələdən əziyyət çəkən bütün vətəndaşlarımız üçün əl-ələ verməliyik! Onların gecələməsi üçün çadır, yorğan, ərzaq göndərək. Onlardan heç bir köməyimizi əsirgəməyək!

Aktyor Kıvanç Tatlıtuğ da təbii fəlakətdən əziyyət çəkənlərə 200 000 lirə (təxminən 18 060 AZN) maddi yardım edib.

Milli.Az


Etiketlər:  Türkiyəli məşhurlar dünyaya səsləndi Bizə kömək edin FOTO


RƏYLƏR