Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2023 19:32
Yaponiyanın Kumamoto prefekturasının Mifune kəndində təxminən 20 il əvvəl tapılan daşlaşmış qalıqların dinozavr yumurtaları olduğu aşkarlanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tapıntıların Yaponiyada təbaşir dövrünün sonlarına aid olduğu bildirilib. Yumurtaların hansı dinozavrlara məxsus olduğu məlum deyil.
Məlumata görə, qalıqlardan birinin 27 millimetr uzunluğunda, 10 millimetr enində və 1,7 millimetr qalınlığında olduğunu deyilir. Digəri isə 25 millimetr uzunluğunda, 15 millimetr enində və 2 millimetr qalınlığındadır.
Onlardan biri 2001-ci, digəri isə 2003-cü ildə Mifunedəki Amajimi bəndinin aşağı axınında təxminən 90 milyon il yaşı olan təbəqədə qazıntılar zamanı aşkar edilib.