Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2023 00:48
Yaxın tarixdə Bakıda yəqin ki, belə bir gecə yaşanmamışdı. Hava olduqca soyuqdur, şaxtalıdır, insanlar səhər yuxudan oyanıb işə getməlidirlər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, amma indiki məqamda bunların heç də önəmi yoxdur. Vətəndaşımız Türkiyə üçün oyaq qalıb.
7-dən 77-yə hər kəs gücü nəyə çatırsa, özüylə Babək prospektinə, qardaş ölkə üçün yardımların toplantığı ünvana gətirir.
Bu günün işini saxlamırlar. Çünki yaxşı fərqindədirlər ki, indi zəlzələ nəticəsində evsiz, qidasız, isti paltarsız qalan türkiyəlilər üçün bir dəqiqə 60 saniyədən də çoxdur. "Qafqazinfo"nun əməkdaşlarının həssas gecədən hazırladığı fotoreportajı təqdim edirik: