Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2023 07:38
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhər saatlarında zəlzələ bölgəsinə gedəcək.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.
"Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah səhər zəlzələ baş verən ərazilərə gedəcəyəm", - Ərdoğan deyib.
Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.