Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan FHN-in 725 əməkdaşı iş başında...

Azərbaycan FHN-in 725 əməkdaşı iş başında...

Tarix: 8 Fevral 2023 13:20

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırda 725 əməkdaşı zəlzələnin fəsadlarının aradan qaldırılması işinə cəlb edilib.

Sonxeber.net bildirir ki, həmin şəxslərdən 41 nəfəri tibbi heyətdir.

Hazırda həmin şəxslərin bir qrupu Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.

Qeyd edək ki, indiyədək Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Etiketlər:  Azərbaycan əməkdaşı başında


RƏYLƏR