Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cenniferlə Afflekin münasibətləri təhlükə altındadır - VİDEO - FOTO

Cenniferlə Afflekin münasibətləri təhlükə altındadır - VİDEO - FOTO

Tarix: 9 Fevral 2023 02:45

Xəbər verdiyimiz kimi, iki gün əvvəl "Qremmi-2023" mükafatının təqdimetmə mərasimi keçirilib. Gecədə iştirak edən dünya şöhrətli Cennifer Lopez və Ben Afflek cütlüyünün bir-biri ilə soyuq münasibəti kameralara tuş gəlib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, görüntülərdə Benin Cenniferin qulağına piçıldayaraq, nələrsə söyləməsi, müğənnin üz ifadəsini 180 dərəcə dəyişib. Lopez hətta kobud şəkildə reaksiya verib. Hətta əli ilə Afflekin sinəsinə vurub və üzünü ondan sağa çevirib.

Ben qaşqabağını büküb, jiletini və duruşunu düzəldib. Sonra anlayıblar ki, həmin an kameraya düşüb və üzləri dərhal emosional olaraq neytrallaşır. Mərasim boyunca cütlük kənardan xoşbəxt təəssürat yaratsa da, lakin ikilinin hərəkətləri bunun əksini göstərib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Lopez mahnı sədaları altında rəqs etsə də, Afflek isə yerində dayanaraq ətrafa göz gəzdirib və nədənsə narahatlıq hissi keçirib.

İzləyicilər "Ben xoşbəxt görünmür", "O, darıxdırıcı və bədbəxt görünürdü" kimi şərhlər yazaraq aşiqlərin münasibətlərdə problemlərin olduğuna işarə vurublar.
Hər kəs isə ərinin Cenniferə nə dediyi və onunla niyə belə kobud davrandığı maraqlandırır.

Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek ötən ilin iyulunda Las-Veqasda gizli toy etmişdilər. Sonra isə cütlük bu münasibətlə ötən şənbə aktyorun Corciya ştatının Risboro şəhərindəki malikanəsində şənlik təşkil etmişdilər.

Milli.Az


Etiketlər:  Cenniferlə Afflekin münasibətləri təhlükə altındadır VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ