Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2023 22:28
Ermənistan baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan korrupsiya ittihamı ilə üzləşib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,"Vahid Ermənistan" partiyasının rəhbəri Yervand Tarverdyan hakimiyyətin yaratdığı müxtəlif maliyyə qurumlarında, o cümlədən Anna Akopyana məxsus fondda korrupsiya risklərinin olduğunu qeyd edib.
"Mən onlarda vasitəli rüşvətin leqallaşdırılmasını görürəm. Bu fondlar 30 ildir ki, mövcuddur. Xatırlayın, insanlar tikintiyə icazə almaq üçün bələdiyyə fondlarına necə pul köçürürdülər. Bu gün isə Anna Akopyan fonduna pul köçürürlər. Bu fondları ləğv edin, yasaqlayın. Əgər belə fondlar varsa, heç olmasa onların şəffaflığını yoxlayın. İstənilən vətəndaş içəri girib orada nə qədər pul olduğunu, kimdən gəldiyini və necə xərcləndiyini görsün", - deyə Tarverdyan bütün vəsaitin dövlət büdcəsinə köçürülməsini təklif edib.