Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dağıntılar altında 105 saat qalmış yeniyetmə xilas edildi - VİDEO

Dağıntılar altında 105 saat qalmış yeniyetmə xilas edildi - VİDEO

Tarix: 11 Fevral 2023 09:30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, FHN-in xilasedicilərinin fədakarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Dağıntılar altında 105 saat qalmış yeniyetmə xilas edildi VİDEO


RƏYLƏR