Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 12:50
Bir neçə gün öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı müraciət edib.
Mehriban xanım Əliyeva öz müraciətində zəlzələdən zərər çəkən qardaş Türk xalqına təmənnasız yardım göstərən həmvətənlərimizə xüsusi minnətdarlığını bildirib.
Ölkənin aparıcı şirkətləri də istisnasız olaraq Türkiyəyə öz yardımlarını göndərməkdə davam edirlər.
Sonxeber.net xəbər verir ki, Azərbaycanın tanınmış tikinti şirkətindən olan "Yeni Hayat" zəlzələ nəticəsində zərər çəkənlərə, yaralanan və həlak olanların ailələrinə 100 min ABŞ dolları yardım edib.
Qardaş Türkiyəyə yardımlar davam edir.