Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəlzələnin danışmayan zərərçəkənləri... - FOTOlar

Zəlzələnin danışmayan zərərçəkənləri... - FOTOlar

Tarix: 12 Fevral 2023 18:46

Xəbər verdiyimiz kimi, Türkiyədəki zəlzələlərdə həlak olanların sayı 24 min 617 nəfərə çatıb. Lakin ölkəni sarsıdan zəlzələ təkcə insan ölümü ilə deyil, bütün canlıların tələfatı ilə nəticələnib. Yəni təbii fəlakət bütün canlılara təsir edib. Ancaq axtarış-xilasetmə qruplarının səyi nəticəsində son anda xilas olan heyvanlar da az sayda deyil. 

Milli.Az qafqazinfo-ya istinadən ölümdən qurtulan heyvanların fotolarını təqdim edir: 

Isparta Bələdiyyəsinin axtarış-xilasetmə qrupları günlərdir dağıntılar altında qalan pişiyi sağ-salamat xilas edərək sahibinə verib.

Hatayda binanın dağıntıları altında qalan pişik 121 saatdan sonra sağ çıxarılıb.

Zəlzələnin 110-cu saatında Kahramanmaraşda 7 mərtəbəli yaşayış binasının dağıntıları altından bir pişik xilas edilib.

Malatyanın zəlzələdən zərər çəkmiş Yeşilyurt rayonunda 133 saat beton daşlar arasında sıxışan pişik xilas edilib.

Qaziantepin İslahiye rayonunda baş verən zəlzələdən 135 saat sonra dağıntılar altından çıxarılan pişik hazırda müalicə olunur.

Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) könüllüləri Kahramanmaraşın Afşin rayonunda zəlzələ qurbanlarının məskunlaşdığı çadır şəhərciyində tərk edilmiş pişiyi taparaq sahibləniblər. 

Kahramanmaraşda dağıntılar altından ümumilikdə 12 tutuquşu xilas edilib.

Diyarbəkirdə səhər namazı oxunarkən hürməyə başlayan it səsi qruplara çatdırılıb. Zəlzələdən 124 saat sonra 8 mərtəbəli yaşayış binasının dağıntıları altından həmin ana it və 2 balası xilas edilib.

Milli.Az


Etiketlər:  Zəlzələnin danışmayan zərərçəkənləri FOTOlar


RƏYLƏR