Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2023 21:48
"İran yeni növ qabaqcıl uzun mənzilli döyüş pilotsuz uçuş aparatlarını Rusiyaya aparmaq üçün qaçaqmalçılıq yolu ilə qayıqlardan və dövlətə məxsus aviaşirkətdən istifadə edir. PAU-lar gələcəkdə Ukraynadakı müharibədə Rusiya tərəfindən istifadə ediləcək".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə "The Guardian" Tehrandakı mənbələrə istinadən xəbər verib.
Nəşr qeyd edib ki, Rusiya zabitləri və texniki mütəxəssislərinin 2022-ci ilin noyabrında Tehrana xüsusi səfərindən sonra İran tərəfi ən azı 18 PUA-nı Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verib.
Onların arasında hər qanadının altında iki raket olmaqla 200 km məsafəyə qədər uçmaq qabiliyyətinə malik "Mohajer-6", həmçinin 12 ədəd "Shahed 191" və "Shahed 129" PUA-ları olub.