Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2023 08:36
Rusiyanın Polşaya birbaşa hücumu halında cavab çevik və qəti olacaq. Bu cür təcavüz NATO-ya birbaşa hücum kimi qəbul ediləcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Polşa Prezidenti Andjey Duda ölkəsinin Rusiya ilə mümkün qarşıdurma ilə bağlı riskləri şərh edərkən deyib.
"Xahiş edirik, unutmayın ki, Rusiyanın Polşaya hücumu NATO-ya hücum olardı. 2001-ci ildə ABŞ hücuma məruz qalanda bütün müttəfiqlər terrorçularla mübarizədə amerikalıların tərəfində idi. Biz inanırıq ki, əgər NATO ölkəsinə hücum olsaydı, cavab eyni olardı: sürətli və qətiyyətli", - Duda bildirib.