Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azad olunan ərazilərdə daha 42 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 42 mina aşkarlanıb

Tarix: 13 Fevral 2023 12:02

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

ANAMA-dan Milli.Az-a bildirilib ki, fevralın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda , Xocavənddə 42 tank əleyhinə mina və 118 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 250 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Milli.Az


Etiketlər:  Azad olunan ərazilərdə daha 42 mina aşkarlanıb


RƏYLƏR