Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Seyran Ohanyana qarşı ittiham irəli sürüldü

Seyran Ohanyana qarşı ittiham irəli sürüldü

Tarix: 13 Fevral 2023 13:30

"Ermənistan" fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat verib.

Prokurorluq 2008-2009-cu illərdə Seyran Ohanyanın 1,2 və 0,9 hektar sahəsi olan torpaq sahələrini Müdafiə Nazirliyinin ehtiyacının olmaması səbəbi ilə bazar qiymətindən dəfələrlə ucuz qiymətə satılması barədə qərar verdiyini, habelə vəzifə səlahiyyətlərini aşması nəticəsində ağır nəticələrə gətirib çıxaran digər əməllərdə təqsirli olduğunu bildirib.

Parlament onu cinayət işləri ilə bağlı deputat toxunulmazlığından məhrum edib.

Milli.Az


Etiketlər:  Seyran Ohanyana qarşı ittiham irəli sürüldü


RƏYLƏR