Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2023 17:52
Qardaş ölkədə baş verən zəlzələ həm də bizə böyük ürəkli insanlarımızı tanıtdı.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, onlardan biri də Lənkəran sakini 87 yaşlı Mirzə Səfərovdur.
Mirzə babanın təqaüdünün bir hissəsini Türkiyədə zəlzələdən zərərçəkənlərə göndərməsi xəbəri eşidənləri duyğulandırdı.
O, 321 manat təqaüd alır və pulun 100 manatını qardaş ölkəyə ianə edib. Balaca həyətindən, ondan da balaca evindən aydın olur ki, həyat şəraiti mükəmməl deyil, amma ürəyi, xarakteri möhtəşəmdir.
Mirzə baba insanlıq borcunu yerinə yetirdiyini deyir.
Türkiyəyə yardım etmək bizim üçün qardaşlıq borcudur. Bu çətin günləri arxada qoyacağıq. Amma Mirzə Səfərov kimi büyük ürəkli insanları əsla unutmayacağıq. Nə yaxşı ki, dünyamızda sizin kimi insanlar var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: