Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2023 18:22
Türkiyədə ötən həftə baş verən güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Hatayın Antakya bölgəsində dağıntılar altından 63 saat sonra çıxarılan Gürkan Öztürk yaşananları mobil telefonu ilə lentə alıb.
Dağıntılarla örtülmüş dar bir sahədə yalnız əli və qolunun göründüyü videoda 19 yaşlı Öztürk özü üçün hava dəlikləri açıb.
"Zəlzələ oldu. Allah kömək olsun, inşallah hər kəs yaxşıdır. Gənc yaşda ölmək istəmirəm", - deyə Öztürk videoda dostlarına səslənir.