Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Batumidə mina partladı, bazarda yanğın başladı - VİDEO

Batumidə mina partladı, bazarda yanğın başladı - VİDEO

Tarix: 13 Fevral 2023 22:40

Gürcüstanın Batumi şəhərində yerləşən "Hopa" geyim bazarında güclü yanğın başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə yerində bir neçə xilasetmə qrupu işləyir. Yanğının səbəbi barədə hələlik məlumat verilməyib.

Gürcüstanın "Rustavi-2" telekanalının məlumatına görə, avtomobil ehtiyat hissələri mağazası yanır.

Yanğının lokallaşdırıldığı bildirilir.

Qeyd edək ki, az öncə Batumidə dəniz sahilində dalğanın gətirdiyi ehtimal olunan dəniz minası partlayıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az


Etiketlər:  Batumidə mina partladı bazarda yanğın başladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ