Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

General-leytenant Etibar Mirzəyev zəlzələ bölgəsində toplantı keçirdi - FOTO

General-leytenant Etibar Mirzəyev zəlzələ bölgəsində toplantı keçirdi - FOTO

Tarix: 14 Fevral 2023 13:12

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.

Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.

Milli.Az


Etiketlər:  General leytenant Etibar Mirzəyev zəlzələ bölgəsində toplantı keçirdi FOTO


RƏYLƏR