Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Silahlı hücuma görə məhkəməlik oldu

Silahlı hücuma görə məhkəməlik oldu

Tarix: 14 Fevral 2023 20:05

Kanadalı müğənni Castin Biber məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənninin bir il əvvəl gecə klubunda təşkil etdiyi məclisində baş verən silahlı hücuma görə iki şəxs ona qarşı iddia qaldırıb.

Onlar Castini və klubun mühafizəçilərini təhlükəsizliyi təmin edə bilməməkdə günahlandırırlar.

Qeyd edək ki, hadisə gecə saat üç radələrində klubu çıxışında baş verib. Qonaqlar evə gedərkən müəssisənin qapısında dava düşüb. Naməlum şəxs odlu silahı çıxararaq hücum edib və 4 nəfəri yaralayıb. Castinin təşkil etdiyi gecədə Ceff Bezos, Kendall Cenner, Leonardo Di Kaprio, Dreyk və Tobi Maquayr kimi məşhurlar da olub.

Milli.Az


Etiketlər:  Silahlı hücuma görə məhkəməlik oldu


RƏYLƏR