Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 23:46
İsveçrə polisi bomba təhlükəsi ilə əlaqədar parlament və hökumət üzvlərini Federal Sarayın binasından təxliyyə edib.
Məlumata görə, təxliyəyə səbəb hökumət rəsmilərini sarsıtmaq təhdidləri olan mesajlar olub.
Polis Federal Sarayın qarşısındakı meydanı və ona bitişik küçələri mühasirəyə alıb, həmçinin deputatları, hökumət üzvlərini və sarayın yaxınlığında yerləşən bank işçilərini təhlükəsiz yerə aparıb.
İsveçrə paytaxtının sakinlərinə əraziyə getməmək tövsiyə olunub.
Bildirilir ki, artıq şübhəli şəxs həbs edilib. Hazırda mütəxəssislər istehkamçı robotun köməyi ilə meydanın yaxınlığında dayanmış avtomobillərdən birində partlayıcı qurğuların olub-olmamasını yoxlayırlar.