Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2019 17:27
Bakı. Trend:
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünü regionumuzun sağlam gələcəyi üçün misilsiz töhfəsini verəcək respublika miqyaslı aksiya kimi nəzərdən keçirmək lazımdır.
Trend-in məlumatına görə, bunu “ASAN Radio”nun direktoru Emin Musəvi deyib.
O bildirib ki, bütün bəşəriyyəti, o cümlədən dünya ölkələrinin liderlərini narahat edən planetar miqyaslı problemlər var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü Yer kürəsi üçün həyati əhəmiyyətli ekoloji durumun müdafiəsi işində bütün beynəlxalq birliyə çox mühüm ismarıcdır:
"Sözdən işə keçmək lazımdır! Ekologiyanın sərhədləri, dini mənsubiyyəti yoxdur. Odur ki, istisnasız olaraq hamı bu müqəddəs işə öz töhfəsini verməlidir. Bu iş qlobal xarakter daşımalı və planetimizin ekosisteminin möhkəmlənməsinə bilavasitə təsir göstərməlidir".
Onun sözlərinə görə, bu təşəbbüs strateji xarakter daşıyır və Azərbaycan vətəndaşlarının ekoloji təhlükəsizliyinin təmin olunması baxımından vacibdir:
""ASAN Radio 101 FM" maarifçilik formatında bir media resursu olaraq ölkəmiz üçün vacib olan sosial aksiyaların informasiya dəstəyində iştirak edir".
E.Musəvi vurğulayıb ki, İmadəddin Nəsimi dünya miqyaslı şair və mütəffəkirdir. O əmin olduğunu bildirib ki, yaxın zamanlarda Azərbaycan rəhbərliyi başda olmaqla ictimaiyyətimiz tərəfindən tarixi Azərbaycan torpağı Qarabağda bu cür aksiyalar keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin