Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağıntılar altından çıxarılan 282 uşağın şəxsiyyəti naməlumdur

Dağıntılar altından çıxarılan 282 uşağın şəxsiyyəti naməlumdur

Tarix: 15 Fevral 2023 08:38

Türkiyədə fevralın 6-da qeydə alınan zəlzələ zamanı baş vermiş dağıntılar altından çıxarılan 1 396 uşaqdan 282-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, hazırda 721 uşağın müalicəsi davam etdirilir, 167 uşaq müalicə olunduqdan sonra nazirliyin müəssisəsinə göndərilib. Eyni zamanda 508 uşaq ailəsinə təhvil verilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.


Etiketlər:  Dağıntılar altından çıxarılan uşağın şəxsiyyəti naməlumdur


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ