Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 36 meyit çıxarıblar - VİDEO

Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 36 meyit çıxarıblar - VİDEO

Tarix: 15 Fevral 2023 10:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha meyit çıxarıblar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ