Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2023 13:32
Türkiyədə fevralın 6-da baş verən zəlzələ bəzi kəndləri demək olar ki, tamamilə yerlə-yeksan edib. Bunlardan biri də yeraltı təkanların episentri olan Pazarcık rayonunun (Kahramanmaraş) Ördekdede kəndidir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, zəlzələdə yaxınlarını itirənlər və dağıntılar altından xilas edilənlər həmin anları göz yaşları içində danışıblar.
"Balalarımı itirdim, hamısını itirdim. Çaşqınam, altı övladımı, nəvələrimi, oğlumu itirdim", - deyə kənd sakinlərindən Türkan Merter hönkürərək danışıb.
86 yaşlı Abdi baba isə ailəsinin 7 üzvünü itirib.
"Ölsəm bundan yaxşı idi, ölmədim, nə edim, uşaqlarımın yaşadığı evlərin ikisi də yerlə-yeksan olub", - deyə kişi bildirib.
Hatice Ünal isə dağıntılar altında oğlu ilə birlikdə qalıb.
"Beton gəldi, üçbucaq şəklində dayandı. Həyat yoldaşım qaranlıqda məni saçımdan tapdı və torpağın altından çəkərək xilas etdi", - deyə qadın bildirib.
Məlumata görə, kənddə ümumilikdə 33 nəfər həlak olub. Ərazidə AFAD-ın koordinasiyası ilə çadırlar qurulub və vətəndaşların ehtiyacları ödənilir.