Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədəki zəlzələ Azərbaycanda tikinti bazarına təsir edib - VİDEO

Türkiyədəki zəlzələ Azərbaycanda tikinti bazarına təsir edib - VİDEO

Tarix: 15 Fevral 2023 19:36

Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra ölkəmizdə xüsusilə fərdi ev tikənlər daha diqqətli olmağa başlayıblar. Satıcılar deyirlər ki, tikinti zamanı istifadə edilən materialların keyfiyyətli olmasına önəm verilir. Vətəndaşlar armatur və sement seçiminə həssas yanaşmağa başlayıblar. Amma tikintiyə başlmazdan əvvəl ərazidə geololi işlər də aparılmalıdır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, inşaat sahəsi üzrə ekspert Muxtar Ərturan bildirir ki, fərdi ev, bina və ya hansısa bir obyekt tikilərkən ərazidə əvvəlcə geoloji işlər və seysmik analizlər aparılmalıdır. Bu məlumatlara uyğun layihə hazırlanmalıdır. Həmin layihə əsasında materiallar seçilməlidir.

Bundan başqa, sementin keyfiyyətinə əmin olmaq üçün nümunələr götürülməli və yoxlanılmalıdır. Əks halda görülən işlərin keyfiyyətinə zəmanət vermək xeyli çətindir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Türkiyədəki zəlzələ Azərbaycanda tikinti bazarına təsir edib VİDEO


RƏYLƏR