Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 08:45
Avropa Parlamenti Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Avroparlamentin qətnaməsində deyilir.
Qətnamədə Avropa Parlamentinin deputatlarının Saakaşvilinin səhhətinin pisləşməsindən ciddi narahat olduqları bildirilib.
Buna görə də deputatlar Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini konstitusion hüququndan istifadə edərək Saakaşvilini əfv etməyə çağırırıblar.
Qətnamədə deyilir ki, Gürcüstanın avrointeqrasiya islahatlarında irəliləyişləri yenidən siyasətin mərkəzində olmalıdır.