Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan qapalı görüş keçirdi: Azərbaycanla sülh sazişi...

Paşinyan qapalı görüş keçirdi: Azərbaycanla sülh sazişi...

Tarix: 16 Fevral 2023 11:20

Ermənistanın baş naziri Nikol Paşinyan hakim "Mülki müqavilə" partiyasının nümayəndələri ilə qapalı görüşdə Azərbaycan ilə sülh sazişinin mətnini müzakirə edib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, iclasda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı məsələlər müzakirə olunub.

"Lakin görüşdə sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycanın son təklifləri də müzakirə edilib. Paşinyan və hakim partiyanın üzvləri arasında fikir mübadiləsi aparılıb", - qəzet qeyd edir.

Xatırladaq ki, fevralın 14-ü axşam saatlarında keçirilmiş qapalı iclas təxminən bir saat davam edib, lakin onun təfərrüatları barədə məlumat verilməyib.

Daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldıqlarını bildirmişdi. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın zamanda təhvil verəcək.


Etiketlər:  Paşinyan qapalı görüş keçirdi Azərbaycanla sülh sazişi


RƏYLƏR