Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 11:40
İranın Yəmənə silah göndərməsi BMT qətnamələrinin pozulması deməkdir.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Kurilla deyib.
"İranın Yəmənə qeyri-qanuni yolla silah göndərməkdə davam etməsi Təhlükəsizlik Şurasının zorakılıqla bağlı qətnamələrini pozur və sülhə nail olmaq səylərinə zərbə vurur", - Kurilla bildirib.