Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 20:58
Azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov özünün qabaqcıl təsvir aparatı ilə Türkiyədəki zəlzələdə 14 nəfəri dağıntılar altından çıxarılmasına böyük töhfə verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ceyhun Xəlilov bu haqda "Anadolu" agentliyinə danışıb.
Mütəxəssis "Əsrin fəlakəti" olan zəlzələdə axtarış-xilasetmə işlərinə təkmilləşmiş dağıntı altı görüntü cihazı ilə dəstək verib.
İstifadə etdiyi cihazın qabaqcıl xüsusiyyətlərə malik olduğunu bildirən Xəlilov, iki kamera və akustik səs yazıcıdan ibarət sistemin dağıntılar altındakı vəziyyəti göstərə biləcəyini və dağıntılar altında olanlarla qarşılıqlı əlaqə imkanı təqdim etdiyini bildirib.
O, Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini, həmçinin Türkiyədə dağıntı altı görüntüləmə sistemləri üzrə təhsil aldığını qeyd edib. Azərbaycanlı mütəxəssis zəlzələ bölgəsinə fevralın 8-də getdiyini bildirib.