Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mənzil üçün beh verənlər pullarını geri alırlar - ''Zəlzələdən sonra fikrimdən daşındım'' - VİDEO

Mənzil üçün beh verənlər pullarını geri alırlar - ''Zəlzələdən sonra fikrimdən daşındım'' - VİDEO

Tarix: 17 Fevral 2023 17:52

Azərbaycanda tikilməkdə olan yeni binalarda satılan mənzillərin ya behləri qaytarılır, ya da satış müddəti uzadılır.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Türkiyədə baş vermiş genişmiqyaslı dağıdıcı zəlzələdən sonra ölkəmizdə yeni tikilən binalara maraq azalıb.

Əmlakçı Mülkədar Rüstəmov deyir ki, 10-15 gün əvvəl yeni tikilən binalarda mənzil axtarışında olanlardan bu gün xəbər yoxdur. Hətta yeni binadan almaq istədiyi mənzil üçün beh verənlər də qərarlarını dəyişiblər.

Müsahibimiz Hüseyin Ələsgərov da yeni binalardan mənzil almaq fikrindən daşınanlar arasındadır. O, istəyinə uyğun mənzil üçün beh verdiyini deyir. Lakin Türkiyədəki hadisələrin təsirindən mənzildən imtina etmək qərarına gəlib.

Mülkədar Rüstəmov əlavə edib ki, hazırda yeni binalardakı mənzil satışında durğunluq yaranıb. Müştərilərin tələbləri əsasən istismara yararlı köhnə tikililərə və fərdi yaşayış evlərinədir.

Ekspertlər psixoloji təsirlər nəticəsində son günlər ümumiyyətlə bina evlərinə marağın azaldığını, üstünlüyün yalnız həyət evlərinə olduğunu bidiriblər. Bu səbəbdən də,  hazırda mənzil bazarında satış üstünlüyü fərdi evlərdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Mənzil üçün verənlər pullarını geri alırlar Zəlzələdən sonra fikrimdən daşındım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ