Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycandan Türkiyəyə daha 22 ədəd modul tipli ev göndərilir - FOTO

Azərbaycandan Türkiyəyə daha 22 ədəd modul tipli ev göndərilir - FOTO

Tarix: 17 Fevral 2023 18:16

Cəlilabad, İmişli, Ağstafa, Abşeron, Goranboy, Tərtər və digər rayonların İH-nin yardımları Türkiyəyə yola salınır.

Milli.Az APA-ya istinadən bildirir ki, yardıma 22 ədəd modul tipli ev daxildir.

Evlərin hər birində 10 nəfər insan yaşaya bilər.

Hər bir ev 3 metr enində, 7 metr uzunluğundadır.

Həftənin sonunadək yerli icra hakimiyyəti orqanları tərəfindən əlavə 43 ədəd müasir modul tipli evin təbii fəlakət bölgələrinə göndərilməsi nəzərdə tutulur.

Həmçinin indiyə kimi 26 ədəd modul tipli evlər aidiyyəti şəhər, rayon icra hakimiyyətləri tərəfindən yola salınıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib ki, Azərbaycandan göndərilən modul tipli evlər Kahramanmaraşda toplanacaq.

Səfir qeyd edib ki, orada böyük bir məhəllə qurulacaq: "Bu proses Azərbaycan FHN və AFAD tərəfindən həyata keçiriləcək".

Milli.Az


Etiketlər:  Azərbaycandan Türkiyəyə daha 22 ədəd modul tipli ev göndərilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ