Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2023 20:42
ABŞ-da bir gənc kontakt linzalarda yuxuya gedib və bir gözü kor olub.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, o, işdən ara verərək cəmi 40 dəqiqə yuxuya gedib. Oyanan kişinin qızarmış gözü diqqət çəkin, lakin buna əhəmiyyət verməyib. Çünki göz qızarması onun üçün tez-tez baş verən bir hadisə imiş. Lakin vəziyyəti pisləşəndə amerikalı həkimə müraciət edib.
Mütəxəssislər Maykl adlı həmin şəxsin "acanthamoeba" keratitini inkişaf etdirdiyini bildiriblər. Bu xəstəliklə gözə girmiş ətyeyən parazitlər sözün əsl mənasında onu yeməyə başlayır. Bu səbəbdən tələbə diqqətini müalicəyə yönəltmək üçün işdən çıxıb oxumalı olub.
Hazırda Mayklın sağ gözü görmür. O, ümid edir ki, həkimlər ona yaxşılaşmaya səbəb olan buynuz qişanın transplantasiyasına icazə verəcək. Hazırda ekspertlər prosedurun əleyhinədir.