Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2019 23:40
Bakı. Trend:
8-13 oktyabr tarixində keçirilən "II Azərbaycan Xalq Mahnıları Festivalı"nın bağlanış mərasimi olub.
Trend-in məlumatına görə, festivalın son günü gənc xanəndələrin ifasında xalq mahnılarımız təqdim olundu. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının (bədii rəhbər Xalq artisti Adil Bağırov) müşayiəti ilə Muğam televiziya müsabiqəsinin laureatları, Beynəlxalq Muğam Mərkəzinin solisti olan olan gənc xanəndələr Abgül Mirzəliyev, Elgiz Əliyev, Almaxanım Əhmədli, Günay İmamverdiyeva, Rəvanə Qurbanova, Sərxan Bünyadzadə, Elnur Zeynalov və digər ifalarda "Qaragilə", "Sarı gəlin", "Süsən sünbül", "Bəri bax" kimi dillər əzbəri olan mahnılarımız səsləndirdilər.
Layihənin iştirakçıları Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA-nın Folklor İnstitutu, Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universitetidir.
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd "Qızıl fond"da qorunan, eyni zamanda regionlarda illərlə nəsildən-nəslə ötürülən xalq mahnılarının tamaşaçılara təqdim edilməsidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin