Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yanğın nəticəsində mağazanın şüşələri sınıb

Bakıda yanğın nəticəsində mağazanın şüşələri sınıb

Tarix: 3 May 2019 12:39

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları və içərisində soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı mağazanın giriş qapısı və vitrin pəncərəsi sınıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda yanğın nəticəsində mağazanın şüşələri sınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ