Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Brazıliyada qaz zavodunda partlayış olub: 4 nəfər ölüb

Brazıliyada qaz zavodunda partlayış olub: 4 nəfər ölüb

Tarix: 16 Oktyabr 2019 06:08

Bakı. Trend:

Braziliyanın şimalında qaz zavodunda partlayışın baş verməsi nəticəsində dörd nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "G1" portalı bildirib.

Məlumata əsasən, saat 10.00-da oksigen və asetilen istehsal edən bir fabrikdə partlayış baş verib.

Bildirilir ki, ballonları doldurması ilə məşğul olan dörd nəfər həlak olub.

Partlayış nəticəsində müəssisənin iki işçisi də xəsarət alıb, onlar yüngül xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.


Etiketlər:  Brazıliyada qaz zavodunda partlayış olub 4 nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ