Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sabah" şokda, "Qarabağ" qalib gəldi - VİDEO

Tarix: 19 Fevral 2023 21:00

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Sabah" "Turan Tovuz"u qəbul edib. Tovuz təmsilçisi səfərdə sürpriz qələbəyə imza atıb. 

Turun son matçında isə lider "Qarabağ" "Zirə"nin qonağı olub. Ağdam təmsilçisi çətin səfər matçının son dəqiqələrində vurduğu yeganə qolla qalib gəlib və zirvədəki mövqeyini daha da möhkəmləndirib.

Xatırladaq ki, daha öncə "Kəpəz" doğma meydanda "Şamaxı"ya (3:2), "Qəbələ" "Sumqayıt"a (2:1), "Neftçi" isə "Səbail"ə (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
XXIII tur
19 fevral

"Sabah" - "Turan Tovuz" 0:2
Qol: N.Oduva, 11. A.Quseynov, 64.
Matçın 36-cı dəqiqəsində A.Quseynov penaltidən yararlana bilməyib (kənara)
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı.
Masazır. 16:30.

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 19. Runi Eva, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov.

"Zirə" - "Qarabağ" 0:1

Qol: Q.Alıyev, 87-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 96. Donald Gerye, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 38. Ramiz Muradov, 9. Loris Broqno, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 7. Yassin Benzya, 87. Adama Diakabi, 99. Redon Cica.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Milli.Az


Etiketlər:  Sabah şokda Qarabağ qalib gəldi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ