Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Paşinyanın Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları üzə çıxardı..."

Tarix: 19 Fevral 2023 21:24

"Münhen konfransında Paşinyanla Əliyev arasında gedən debata dəhşətlə baxdım. Ermənistan liderlərinin Levon Ter-Petrosyandan Robert Köçəryana və Serj Sarkisyana, onlardan Nikol Paşinyana qədər təkamülünü müşahidə etsəniz, Ermənistanın növbəti liderinin pitekantrop olacağı fikrini rədd etmək çətindir.

Milli.Az bildirir ki, bunu erməni siyasətçi, "Erməni Milli Konqresi"nin sədr müavini Levon Zurabyan deyib.

O qeyd edib:

"Əliyev Ruben Vardanyan onu təmsil etdiyi müddətdə Qarabağ xalqı ilə danışıq aparmayacağını deyəndə Paşinyan susdu və bircə onu deməliydi ki, bu danışıqlarda onları kimin təmsil edəcəyinə Əliyev deyil, "Artsax" xalqı qərar verməlidir.

Paşinyan Laçın dəhlizinin blokadasının olmaması ilə bağlı yalanları təkzib etmək üçün bir tutarlı arqument da gətirə bilmədi.

Paşinyan 2020-ci il noyabrın 9-dan sonra Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı törətdiyi "təcavüz" barədə hətta Əliyevin ona verdiyi saxta ittihamlara cavab vermək hüququ çərçivəsində belə bir söz deməyib. 

Və Paşinyan Əliyevin Qarabağda 64 məscidin sökülməsi ilə bağlı ittihamlarından birinə cavab vermək qərarına gələndə məlum oldu ki, Paşinyan bu ittihama ümumiyyətlə cavab verməsə yaxşıdır. O, bu məlumatı təkzib etmədən nə az, nə çox iddia etdi ki, sovetlər dövründə Azərbaycanda 1560 məscid dağıdılıb, bundan dünya ictimaiyyəti Paşinyanın dar məntiqinə görə, ermənilərin etdiklərinin az əhəmiyyət kəsb etdiyi qənaətinə gəlməli idi. Üstəlik, Paşinyan ona ayrılan vaxtın aslan payını bu tam axmaqlığa sərf edib.

Bir sözlə, Paşinyanın dünən Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları üzə çıxardı. Ermənistanın biabırçı kapitulyasiyasının acınacaqlı təcəssümü Münhendə oturmuşdu və məlum oldu ki, döyüş meydanında nəyisə itirməsək, pis diplomatiya nəticəsində nəyisə itirəcəyik".

Milli.Az


Etiketlər:  Paşinyanın Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları üzə çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ