Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vardanyan ilk dəfə etiraf etdi: Parçalanma var!

Vardanyan ilk dəfə etiraf etdi: Parçalanma var!

Tarix: 19 Fevral 2023 22:51

Erməni separatçılarının "dövlət naziri" Ruben Vardanyanın bu "vəzifədə" çalışmasının 100 günü ilə bağlı açıqlamasında diqqət çəkən məqam var.

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Vardanyan "100 günün 67-nin blokada şəraitində" işlədiyini və "bölgənin kollapsa yuvarlanmadığını" deyib:

"Vardanyan bildirib ki, xarici təzyiqlə yanaşı daxildəki müxalifət də planlarımızı əngəlləyə bilmədi. Onun cümləsinin ikinci hissəsi diqqət çəkir. Ruben Vardanyan ilk dəfə etiraf etdi ki, separatçılar içərisində ona mane olmaq istəyənlər (separatçılar içərisində parçalanma - red) var".

Politoloq bildirib ki, Vardanyan öz xoşu ilə getməyəcək - ya Moskva geri çağırmalı, ya da göndərməliyik.

Milli.Az


Etiketlər:  Vardanyan ilk dəfə etiraf etdi Parçalanma var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ