Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2023 23:18
Ukrayna Prezident Vladimir Zelenski 333 Rusiya vətəndaşına və Moskva Birjasına qarşı sanksiyalarla bağlı qərarı imzalayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Prezidentin saytında məlumat yayılıb.
Qeyd edək ki, sanksiya barədə təklif Ukrayna Milli Təhlükəsizlik Xidmətinin 19 fevral tarixli qərarında qeyd olunub:
"Sanksiyaların tətbiqi ilə bağlı təklifləri Ukrayna Milli Təhlükəsizlik Xidməti, həmçinin Milli Bank tərəfindən verilib. Siyahıya Rusiyanın bank sektoru ilə əlaqəli 333 fiziki şəxs və bir hüquqi şəxs - Moskva Birjası "MICEX-RTS" ictimai səhmdar cəmiyyəti daxildir".