Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlərimiz zəlzələ bölgəsində mindən çox insana xidmət göstərib - VİDEO - FOTO

Həkimlərimiz zəlzələ bölgəsində mindən çox insana xidmət göstərib - VİDEO - FOTO

Tarix: 20 Fevral 2023 11:50

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, hospitallarda ötən günlər ərzində ümumilikdə 199-u uşaq olmaqla 1090 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.


Etiketlər:  Həkimlərimiz zəlzələ bölgəsində mindən çox insana xidmət göstərib VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ