Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalıdan qəribə etiraz: Təyyarədən düşərək uçuş-enmə zolağında soyundu - VİDEO

Rusiyalıdan qəribə etiraz: Təyyarədən düşərək uçuş-enmə zolağında soyundu - VİDEO

Tarix: 20 Fevral 2023 15:00

Moskva-Kazan reysinin sərnişini Domodedovo hava limanında qarışıqlıq yaradıb.

O, əvvəlcə təyyarənin göyərtəsində dava salıb, daha sonra uçuş-enmə zolağına çıxaraq qurşağadək soyunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə kişi salonda yüksək səslə qışqırmağa və söyüş söyməyə başlayıb ki, bu da sərnişinləri qıcıqlandırıb. Stüardessaların təkrar-təkrar iradlarından sonra o, qəfildən təyyarədən düşərək uçuş-enmə zolağında hava limanının işçilərini söyüb, sonra isə paltarını çıxarıb.

Məlumatı görə, nəticədə təyyarə onsuzz havaya qalxıb. Davakarın özü isə polis tərəfindən saxlanılıb.

Milli.Az


Etiketlər:  Rusiyalıdan qəribə etiraz Təyyarədən düşərək uçuş enmə zolağında soyundu VİDEO


RƏYLƏR