Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda son 19 gündə 9 qadın qətlə yetirilib

Azərbaycanda son 19 gündə 9 qadın qətlə yetirilib

Tarix: 20 Fevral 2023 16:36

Bu ay ərzində Azərbaycanda 9 qadın qətlə yetirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova paylaşım edib. O bildirib ki, fevralın 1-dən 19-a qədər ölkədə aşağıdakı qadın qətlləri baş verib:

- 2 fevral. Bakıda 14 yaşlı Günay Şadatova anasının sevgilisi tərəfindən bıçaqlanaraq;

- 4 fevralda Şəmkirdə iki uşaq anası olan 28 yaşlı Qənirə Şərifova qardaşı tərəfindən bıçaqlanaraq;

- 6 fevralda Cəlilabadda 31 yaşlı Aysel Abbasova keçmiş əri tərəfindən bıçaqlanaraq;

- 10 fevralda Bakıda 46 yaşlı Solmaz Mansurova oğlu tərəfindən bıçaqlanaraq;

- 11 fevralda Binə qəsəbəsində 55 yaşlı Pakizə Məmmədova əri tərəfindən bıçaqlanaraq;

- 16 fevralda Yevlaxda 20 yaşlı Başxanım Salmanova odlu silahla;

- 19 fevralda Sumqayıtda 28 yaşlı Samirə Məmmədzadə əri tərəfindən kəsici-deşici alətlə;

- 19 fevralda Tərtərdə 42 yaşlı Gülnar Məmmədova əri tərəfindən kəsici deşici alətlə;

- 19 fevralda Abşeronda 49 yaşlı Mehriban Hüseynzadə oğlu tərəfindən bıçaqlanaraq.

Qeyd edək ki, qətllərin əksəriyyətinin ailə üzvləri tərəfindən törədilməsi diqqət çəkib.

Milli.Az


Etiketlər:  Azərbaycanda son 19 gündə 9 qadın qətlə yetirilib


RƏYLƏR