Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“ChatGPT” hava proqnozları və xəbərlər yazacaq

“ChatGPT” hava proqnozları və xəbərlər yazacaq

Tarix: 20 Fevral 2023 16:50

"Daily Mirror" və "Daily Express" kimi qəzetlərin naşiri "Reach" şirkəti hava proqnozları və yol xəbərləri yazmaq üçün "ChatGPT"ni sınaqdan keçirməyə başlayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu nəşriyyatın baş icraçı direktoru Cim Mullen bildirib.

"Biz texniki və redaksiya qruplarımızdan ibarət işçi qrupuna "ChatGPT" kimi maşın öyrənməsinin potensialını və məhdudiyyətlərini araşdırmağı tapşırılmışıq. Biz bundan gələcəkdə jurnalistlərimizə daha çox rutin məqalələr (yerli trafik və hava kimi mövzularda) kömək etmək  və ya ənənəvi hekayələrimizdən kənarda daha yaradıcı yanaşmalar tapmaq üçün istifadə etmək potensialını görürük", - o, bəyan edib.

Mullen əlavə edib ki, "Reach" bu yolla xərclərini azaltmağa çalışmır. Bu açıqlamaya baxmayaraq, Britaniya Milli Jurnalistlər Birliyi (NUJ) işçilərin ixtisarının mümkünlüyündən ehtiyat etdiyini bildirib.

Milli.Az


Etiketlər:  ChatGPT hava proqnozları xəbərlər yazacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ